HƏMAS: 'ABŞ, İsrail cinayətlərinin gizlədilməsində israr edir' 23 Dekabr 2019 15:10 Fələstin Fələstin İslami Müqavimət Hərəkatı (HƏMAS), ABŞ-ın, Beynəlxalq Cinayət Məhkəməsinin İsrailin hərbi cinayətlərini araşdırma qərarına etirazını bildirərək, ABŞ-ın sionist rejimin cinayətlərini ört-basdır etməyə çalışdığını söyləyib. Maide.Az "Deyerler.org"-a istinadən verdiyi xəbərə görə, bazar günü HƏMAS-ın sözçüsü Hazim Qasim, ABŞ hökumətinin dəstəyi ilə sionist rejimin Fələstin xalqına qarşı daha da böyük cinayətlər törətməyə təşviq etdiyini və bu cinayətlərdə İsrailin tərəfdaşı olduğunu bildirib. Beynəlxalq Cinayət Məhkəməsinin baş prokuroru Fato Bensuda, Qəzza zolağı və Qərb sahilində sionist rejimin müharibə cinayətləri ilə bağlı aparılacaq mümkün istintaq haqda açıqlama vermişdir. "Tezliklə araşdırmalarımızı Fələstin ərazisində başlayacağıq və Qəzza zolağında, Şərqi Qudsdə və Qərb sahilində İsrailin hərbi cinayətləri ilə məşğul olacağıq", - deyə bildirmmişdir. Son illərdə Ağ Evin dəstəyi ilə sionist rejim işğal altındakı ərazilərdə ağır cinayətlər törədib. Sionist rejimin Qəzza zolağına etdiyi hücumlar nəticəsində minlərlə fələstinli şəhid edilərək, yaralanmışdır. Teqlər : #HƏMAS:,#'ABŞ,#İsrail,#cinayətlərinin,#gizlədilməsində,#israr,#edir', Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Yunanlar sionist bayrağını yandırdı Əqsa məscidində 4 fələstinli qadın həbs edildi
Şeyx Sərdar Hacıhəsənli: Bu gün hegemon ölkələr sionistlərin arxasında durduğu üçün müsəlmanların qanı tökülür
Azərbaycanlı tələbələr işğalçı İsrail rejiminin Qəzzada törətdiyi cinayətləri pisləyən bəyanat yayımlayıb
HƏMAS bəzi ərəb və müsəlman ölkələrinin işğalçı İsrail rejimi ilə müştərək hərbi təlimlərə qoşulmasını pisləyib
Son 4 gün ərzində: ABŞ Dövlət katibi və sionist Israil rejiminin XİN başçısı ikinci dəfə danışıqlar aparıblar