Hacıların kəsdiyi qurban ətləri hansı ölkələrə paylanılır?

Səudiyyə Ərəbistanda  adətən hacıların qurban kəsməsi üçün lazım olan qoyunlar Sudandan təmin edilir.
Maide.az xəbər verir ki, İslam Əməkdaşlıq Bankının nəzarəti ilə həcc mövsümündə kəsilən qurbanlıqlar, müayinə olunduqdan sonra elə Qurban bayramı günündən paylanılmağa başlanılır.
Qurban ətinin bir hissəsi Minada olan hacı və kasıblara paylanılır. Qalan ətlər isə dəniz və quru yolla İordaniya, Suriya, Livan, Fələstin (Sionist rejim icazə verərsə), Əfqanıstan, Pakistan, Mali, Nigeriya, Sudan, Sineqal, Somali, Tanzaniya, Banqladeş, Albanniya və digər Afriqa ölkələrinə göndərilir. 
İslam İnkişaf Bankı ilə İranın İmam Xomeyni (rə) adına İmdad Komitəsi arasında əldə olunan razılığa görə, həcc mövsümündə kəsilən qurban ətinin bir hissəsi İrana göndərilir./ 
 

Google+ WhatsApp ok.ru