Hakerlər ABŞ Daxili Təhlükəsizlik Nazirliyinin məlumat bazasını sındırıblar

ABŞ-ın xüsusilə terrorizm, onun nəticələri və təbii fəlakət fəsadları ilə mübarizə ilə məşğul olan Daxili Təhlükəsizlik Nazirliyi ötən gün İdarə əməkdaşlarının şəxsi məlumatlar bazasının sındırılması barədə məlumat yayıb. Hakerlərin hədəfi yenidən hökumət müəssisələrinə xidmət edən "KeyPoint Government Solutions Inc" şirkətinin resursları olub.
 
Nazirliyin məlumatına əsasən, haker hücumu nəticəsində təxminən 390 min fəaliyyətdə olan və keçmiş əməkdaşın məlumatları oğurlana bilər.

Google+ WhatsApp ok.ru