Hamund: İngiltərə Əsəd hökumətini devirmək niyyətində deyil

Maide.az-ın "Anadolu" xəbər agentliyinə istinadən verdiyi məlumata görə, İngiltərənin xarici işlər naziri Filip Hamund Parlament üzvləri qarşısında çıxışı zamanı İraq və Suriyada İŞİD terror qruplaşmasının məhv edilməsi zərurətini təkid edərək, "Qərbin İraq və Suriyaya qoşun yeritməsi bu iki ölkənin problemləri üçün həll yolu sayılmır", - deyib
 
Hamund Suriya və İraqdakı səhvlərin təkrarlanmasının qarşısının alınmasına təkid edib və deyib: Əgər Əsəd hökumətinin dövlət strukturları süqut edərsə, nəzərdə tutulmuş məqsədlər gerçəkləşməyəcək. Buna görə də hazırda əsas məqsəd mövcud dövlət quruluşunun qorunması ilə qüdrətin ötürülməsinə və siyasi dəyişikliyə nail olmaqdır. Suriya xalqının rəyi və Suriyanın müstəqilliyini nəzərə almayan istənilən növ həll yolu qeyri demokratik olması ilə yanaşı, beynəlxalq qanunlara da zidd olmuş olacaq və Suriya böhranının həlli ilə nəticələnməyəcək.

Google+ WhatsApp ok.ru