Zibdani ovalığı terrorçuların işğalından azad edildi

Maide.az-ın məlumatına görə, Suriya ordusunun siyasi bürosu bəyanat yayaraq, ordu və Livan Hizbullahı qüvvələrinin Zibdani məntəqəsində birgə həyata keçirdiyi əməliyyat zamanı çoxlu sayda terrorçunun və terrorçulara məxsus hərbi təchizatların məhv edilməsindən xəbər verib. 
 
Zibdani məntəqəsi Suriya və Livan sərhədlərində, Dəməşqin 50 kilometrliyində yerləşir. Bu məntəqə hərbi baxımdan strateji əhəmiyyət daşıması ilə yanaşı, 6 milyon əhalisi olan Dəməşq şəhərini içməli su ilə təmin edəcək su qaynaqları da məhz bu məntəqədə yerləşir. Terrorçular müqavimət qüvvələri və Suriya ordusunun irəliləməsini durdurmaq üçün 10 gün idi ki, Dəməşqə gedən içməli suyu bağlamışdılar.

Google+ WhatsApp ok.ru