`Havicədə 200 nəfər öldürülüb`

Maide.az-ın məlumatına görə, Kərkük Vilayət Məclisinin Təhlükəsizlik Komissiyasının üzvü Məhəmməd Əl-Cuburi "Anadolu" agentliyinə müsahibəsində bildirib ki, dünən gecə ABŞ rəhbərliyindəki koalisiya qüvvələrinə bağlı Fransız döyüş təyyarələri tərəfindən Havicə rayonundakı İŞİD-ə aid bomba istehsalı emalatxanasına təşkil olunan hava hücumunda aralarında vətəndaşların da yer aldığı 200-dən artıq adamın ölüb və yüzlərlə insan yaralanıb.
 
Cuburi Kərkükün 55 kilometr məsafəsində yerləşən Havicədəki hücumda vətəndaşların çox böyük zərər gördüyünü bildirərək, "Emalatxanada C4 kimi ağır partlayıcı maddənin olması səbəbilə bölgədəki ən azı 28 ev yerlə-yeksan olub. Hadisədə həyatını itirənlərin sayı 200-ü keçib. Yüzlərlə də yaralı var. Yaralılar Mosul xəstəxanalarına göndərilib", - deyib.
 
Kərkükün cənubundakı bölgələrdə yaşayan əhalinin şəhərə girişinə icazə verilməməsi səbəbindən yaralıların Mosula göndərildiyi, ölülərin isə kütləvi şəkildə dəfn edildiyini bildirən Cuburi, dağıntıların altında onlarca adamın qaldığını təxmin etdiklərini bildirib.
 
Terror təşkilatı İŞİD-in Kərkükə qarşı hücum hazırlığında olduğunu və təcavüzün keçirildiyi yerdə mina və bombalı maşınlar hazırlandığını qeyd edən Cuburi, məhv edilən sexdə bomba yüklü maşınların olduğunu açıqlayıb.

Google+ WhatsApp ok.ru