İtkin düşmüş rusiyalı tələbə Türkiyə-Suriya sərhədində saxlanılıb

Moskva Dövlət Universitetinin itkin düşmüş tələbəsi Varvara Karaulova Türkiyə-Suriya sərhədində yerləşən Kilis şəhərində saxlanılıb.
 
Rusiyanın Ankaradakı səfirliyindəki mənbə bildirib ki, V. Karaulova dünən qeyri-qanuni yolla Suriyaya keçməyə cəhd edərkən saxlanılıb.
 
“Yaxın zamanda o, Rusiyaya deportasiya olunmaq üçün Türkiyə Miqrasiya xidmətinə təhvil veriləcək”, - deyə mənbə bildirib.
 
Qeyd edək ki, Rusiya Daxili İşlər Nazirliyi V. Karaulovanın qeyri-qanuni silahlı birləşmədə iştirakla bağlı materialları toplayıb istintaqa vermək niyyətindədir.(apa) 

Google+ WhatsApp ok.ru