Haşimi Rəfsəncaninin cənazə namazını Ayətullah Xamenei qılacaq -YENİLƏNİB (VİDEO)

Haşimi Rəfsəncaninin cənazə namazını Ayətullah Xamenei qılacaq -YENİLƏNİB (VİDEO)

 (Ayətullah Xamenei tərəfindən təşkil olunacaq xətm mərasimi ilə bağlı məlumat və video əlavə olunub ) 
 
Ayətullah Hacı Şeyx Əkbər Haşimi Rəfsəncaninin cənazə namazını Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei qılacaq. 
 
Maide.Az khamenei.ir saytına istinadən xəbər verir ki, Ali Rəhbər Ayətullah Xamenei yanvarın 10-da Ayətullah Haşimi Rəfsəncaninin dəfn mərasimində iştirak edəcək və Tehran Universitetində ona cənazə namazı qılacaq. 
 
Mərasim sabah yerli vaxtla saat 08:30 başlayacaq.
 
Həmçinin Ayətullah Haşimi Rəfsəncaninin vəfatı münasibətilə  yanvar ayının 11-də  saat 9:30-dan – 11-dək Ali Rəhbər Ayətullah Xamenei tərəfindən Tehranda İmam Xomeyni (rə) adına hüseyniyyədə xətm mərasimi  təşkil olunacaq. 
 
Ayətullah Xamenei tərəfindən təşkil olunacaq məclisdə ölkə rəsmiləri ilə yanaşı, Tehranda olan diplomatik korpus nümayəndələri və Ə.H.Rəfsəncaninin dəfn mərasimində iştirak etmək üçün Tehrana səfər edəcək ölkə prezidentləridə iştirak edəcək. 
 
Qeyd edək ki, İran saytlarının məlumatına görə, mərhum Haşimi Rəfsəncaninin cənazəsi Tehran Universitetində namaz qılındıqdan sonra Tehranın yaxınlığında yerləşən İmam Xomeyninin (rəh) məqbərəsinə aparılacaq və orada dəfn olunacaq.  
 
Xatırladaq ki, bundan öncə İran KİV-ləri mərhum Haşimi Rəfsəncaninin Qumda dəfn olunacağını yazmışdır. 
 
İranın Məsləhət Şurasının sədri, sabiq prezident Əli Əkbər Haşimi Rəfsəncani ötən gün 82 yaşında vəfat edib. Mərhum Ə.Ə.Haşimi Rəfsəncani ürəyində yaranmış problemə görə ötən gün Tehranda xəstəxanalardan birinə yerləşdirilmişdir və az sonra vəfat etmişdir. Əli Əkbər Haşimi Rəfsəncani İranın dördüncü prezidenti vəzifəsində çalışıb. O həmçinin 1980 - 1989-cu illərdə İran Parlamentinin spikeri vəzifəsində çalışıb. Əli Əkbər Haşimi Rəfsəncani Məsləhət Şurasının sədri, Xobreqan Ekspertlər Məclisinin üzvü, İslami Azad Universitetinin təsisçisi olub. 

 

Google+ WhatsApp ok.ru