İHH-dan Türkiyə-İsrail rejimi yaxınlaşmasına sərt etiraz -FOTO

Mavi Mərmərə olayından sonra İsrail rejimi ilə Türkiyənin əlaqələri pozulmuşdu. Sürixdə tərəflər arasında əlaqələrin bərpasına dair əldə edilən ilkin razılaşmadan sonra münasibətlərin yenidən bərpa edilməsinə Mavi Mərmərə gəmisinin Qəzzaya yollanmasında əsas rol oynayan Türkiyənin İHH Humanitar Yardım Vəqfindən sərt etiraz gəlib.
Maidə.az xəbər verir ki, vəqfi çox narahat edən bu "razılıq" ciddi narahatlıq doğurub. İHH-nın vəziyyətlə bağlı bir qədər əvvəl yaydığı bəyanatda deyilir: "Türkiyə ilə İsrail arasında təmin ediləcək hər hansı bir razılaşmanın Türkiyə, Fələstin və Qərbi Asiya (Yaxın Şərq) xalqlarının əleyhinə olduğunu düşünürük. İHH-nın Qəzzanın mühasirəsi və Mavi Mərmərə mövzusundakı mövqeyində heç bir dəyişiklik yoxdur. Qəzzanın blokadası ləğv edilməlidir və bu mühasirə ləğv edilənə qədər mübarizəmiz davam edəcəkdir. Məsələ embarqo məsələsi deyil, MÜHASİRƏ məsələdir. Embarqo İsrailin öz əlində  vasitədir, Mühasirə isə Qəzzaya dəniz və qurudan tətbiq edilən, eyni zamanda Qəzza və Aralıq dənizinin işğalıdır. Mavi Mərmərəyə hücum edən bütün qatillər cəzasını çəkəcəkdir. Heç bir məhkəmə prosesindən imtina edilməmişdir, bu proseslər heç bir halda danışıqlar mövzusu ola bilməz. Prezident (R.C.Ərdoğan) "Haqq sahibləri qanı axıdılanlardır" deyə Mavi Mərmərə proseslərində şəhid ailələrinin haqq sahibi olduğunu dəfələrlə demişdir. Türkiyədəki məhkəmə işlərində məhkəmənin verdiyi "Qırmızı Büllüten" qərarı dərhal İnterpola göndərilməlidir. İsrail maddi-mənəvi təzminat ödəyəcəkdir. Bunun əvəzi hüquqi ekvivalentlə ödənilməlidir. Belə bir qanunsuzluğun hüquqi əmsalı ən azı 1 milyard dollardır. Belə bir razılığın mövzusu təbii qaz ola bilməz. Zira Aralıq dənizinin şərqindəki təbii qaz Fələstin xalqının haqqıdır. Mavi Mərmərə məsələsi sadəcə Türkiyə xalqının deyil, Fələstin xalqının və 37 ölkə xalqının davasıdır. İsrail ilə anlaşma və üstəgəl də Mavi Mərmərə davasının əleyhinə olan bir anlaşma  Türkiyəni də, Qəzzanı  da məğlubiyyətə düçar edər."/
 
 
 

Google+ WhatsApp ok.ru