Britaniya müsəlmanları Peyğəmbərin (s) mövludu münasibəti ilə yürüş keçirəcək

Britaniyanın şimal şərqində yerləşən Nyukasl şəhər müsəlmanları Məhəmməd Peyğəmbərin  (s) mövludu münasibəti ilə yürüş keçirəcək. 
Maide.az xəbər verir ki, yürüş “Müqəddəs sülh yürüşü” adı ilə keçiriləcək və yürüşün keçirilməsindən məqsəd İslamın sülh dini olduğunu çatdırmaq və terrorizm və ifratçılığı pisləməkdir. 
Bu yürüş yanvarın 3-də Nyukasl şəhərində keçiriləcək. Müsəlmanlar küçələrdə İŞİD terror qruplaşmasının törətdiyi cinayətləri pisləyəcək. 
Yürüşdə Peyğəmbərin (s) hədislərindən və İslam dininin sülh və mehribanlıq dini olduğunu əks etdirən plakartlar daşınacaq. 
Qeyd edək ki, belə bir yürüş ötən ildə keçirilmişdi. 
Fotolar ötən ilki yürüşdəndir. /
 
 
 

Google+ WhatsApp ok.ru