Hicab bağlayan xristian qız: `Vəhşiliyə meydan oxuyuram`

Qərb ölkələrinin bir çoxunda olduğu kimi, Avstraliyada da son vaxtlar anti-İslam əhval-ruhiyyəsi güclənməkdədir. Avstraliyadakı müsəlmanlar təqib olunmağa başladıqlarından, gündəlik həyatda təhqirlərlə üzləşmələrindən bəhs edirlər.
 
Xanımlar xüsusilə ağır vəziyyətdədirlər. Hicablı müsəlman qadınlar məktəb, universitet və iş yerlərində kobud, qaba rəftar görürlər.
 
Avstraliyanın Adelaida şəhərində yaşayan 27 yaşlı Keyt Lini də müsəlman rəfiqələrinə dəstək vermək üçün son həftə ərzində hicablı gəzir.
 
Maide.az-ın məlumatına görə, Lini bildirib ki, "İraq və Şam İslam Dövləti" (İŞİD) terror qruplaşmasının əməlləri səbəbindən Avstraliyada son vaxtlar müsəlmanlara təzyiqlər artdığından müsəlman xanımlar arasında hicabda küçəyə çıxmağa qorxanlar da var.
 
"Müsəlmanlara qarşı belə davranış vəhşilik, mədəniyyətsizlikdir. Rəfiqələrim arasında müsəlmanlar az deyil. Onlara dəstək vermək üçün mən də hicab bağladım. Təcrübəmdən xoşlandım. Müsəlmanlar pozitiv insanlardır. Üstəlik, qorxuya üstün gəlməyə çalışdım. Vəhşiliyə meydan oxuyuram, çünki hicab insanın seçimidir və belə seçimə sayğı bəsləməliyik", - Keyt Lini söyləyib.

Google+ WhatsApp ok.ru