Hicab mənim öz seçimimdir - Amerikalı hicablı idmançı

Hicab mənim öz seçimimdir - Amerikalı hicablı idmançı

Amerikada ilk dəfə hicablı xanım idman jurnalının üz qabığına çəkilib
 
Maide.Az "İslam.ru" saytına istinadən xəbər verir ki, Amerikada ilk dəfə müsəlman idmançı hicabla ABŞ-ın məşhur idman jurnalı "Womens Running"in üz qabığına çəkilib.
 
"Running Womens" jurnalına müsahibəsində hicabın onun öz seçimi olduğunu bildirən Rahaf qeyd edib ki, insanlar hesab edirlər ki, kimsə məni məcbur edir başını örtəm, lakin onlar yanılırlar. "Bu mənim üçün çox vacib addımdır. Mən hicablı olaraq valideynlərimə və ən başlıcası uşaqlarıma və ictimaiyyətə öz uğurumu göstərə bildim. Bu o deməkdir ki, mənim zəhmətlərim, məşqlərim hədər getmədi."- deyə Qaçış üzrə idmançı Rahaf Hatib bildirib.
 
Qeyd edək ki, idmançı Мiçiqan şəhərində yaşayır və üç uşaq anasıdır.
 

Google+ WhatsApp ok.ru