Kolumbiyada tarixi müqavilə imzalanıb - FOTO

Kolumbiyada tarixi müqavilə imzalanıb - FOTO

 
Kolumbiya hökuməti ilə Kolumbiya İnqilabçı Silahlı Qüvvələr (FARC) arasında 52 il davam edən vətəndaş müharibəsindən sonra sülh müqaviləsi imzalanıb.
 
Maide.Az xəbər verir ki, Kartegna şəhərində 15 ölkədən olan nümayəndələrin iştirakı ilə keçirilən mərasimdə prezident Xuan Manuel Santos ilə FARC tərəfindən general Rodrigo Londono Eçeverri tərəfindən müqavilə imzalanıb.
 
Santos imza öncəsi çıxışında qeyd edib ki, eyni ölkənin vətəndaşları 52 ildir bir-birini öldürür. Çox açıq şəkildə və yüksək səslə daha çox müharibə istəmirik deyirik.
 
Timoşenko adı ilə tanınan FARC lideri Timoleon Ximenez də FARC adından xalqdan üzr istəyib. 
 
"Sülh müqaviləsi, Kolumbiya xalqının və beynəlxalq cəmiyyətin qələbəsidir" - deyə bildirib.
 
Müqavilə, mərmi şəklində qələmlə imzalanıb. Beləliklə, güllələrin qələmə çevrilməsi lazım olduğu mesajı verilib.
 
Kuba lideri Raul Castro, Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Pan Gi Munj, İspaniya kralı Xuan Karlos və ABŞ dövlət katibi Con Kerri də mərasimin iştirakçıları arasında olub.
 
İmzalanan müqaviləyə görə FARC, silahı yerə qoyaraq ölkənin siyasi sisteminə uyğunlaşacaqlar.
 
Qeyd edək ki, hökumət ilə FARC arasında sülh danışıqları 2012-ci ilin noyabr ayında Kubanın paytaxtı Havanada başlamışdı. Müharibə əlillərinə təzminat ödənməsi, əlillərin hüquqları, ərazi hüquqları, üsyançıların siyasi iştirakı və narkotik alverinə qarşı mübarizə kimi məsələlərdə razılaşan tərəflər, avqustun 25-də Havanada sülh müqaviləsini imzalayaraq, ölkədəki 52 illik müharibəyə faktiki olaraq sona çatdırmışdı.
 
 
 
 

Google+ WhatsApp ok.ru