Hindistanda 10 milyon insan susuz qalıb

Hindistanda  qarşıdurmalar və iğtişaşların davam etməsi  bu ölkənin paytaxtı Dehlidə su ötürücü xəttinin sıradan çıxamasına səbəb olub və nəticədə  10 milyon nəfər susuz qalıb. 
 
Maide.az xəbər verir ki,Hindistan  ordusu  Munak su anbarına nəzarəti ələ keçirib.   
3 gün öncə Kəndlilər  təhsil və işə götürmə paylarının düzgün bölünməməsinə görə etirazlara başlayıb.  Etiraz aksiyaları  iğtişaşlara çevrilib. Onlar  Munak su anbarını ələ keçirərək  su təmizləmə qurğuları və borulara ziyan vurublar. Bu isə Dehli şəhərində su ötürmədə problemlər yaradıb. 
 
Dehli şəhərinin su təşkilatının sədri Keşua  Çandra deyib ki, bölgələrə  su çatdırmaq üçün 3-4 gün vaxt lazımdır. 
Dehli şəhərində su böhranına görə, bütün məktəblər bağlanıb və dərslər tətil olub. 
Qeyd edək ki, 3 gün öncə başlamış iğtişaşlarda  16 nəfər  ölüb və 100 –dən çox  insan yaralanıb. 
Dehli şəhərində 16 milyon əhalisi var ki, əhalinin üçdə beş hissəsinin suyu Munak su anbarı vasitəsi ilə təmin olunurdu. /
 

Google+ WhatsApp ok.ru