Hindistanda 50-ə yaxın mədən fəhləsi uçmuş şaxtanın içində qalıb

Hindistanda 50-ə yaxın mədən fəhləsi uçmuş şaxtanın içində qalıb

Hadisə gecəyarı Carkxand ştatındakı Qodda dairəsində, Lalmati kömür mədənində baş verib
 
Hindistanın şərqində onlarla mədən fəhləsi uçmuş şaxtanın içində qalıb.
 
"Report" xəbər verir ki, bu barədə "Hindustan Times" nəşri bildirir.
 
Məlumata görə, hadisə gecəyarı Carkxand ştatındakı Qodda dairəsində, Lalmati kömür mədənində baş verib. Nəticədə 50-ə qədər mədən fəhləsi şaxtanın içində qalıb.
 
Xilasetmə işlərinə bu gün səhər başlanılıb. Hadisə yerinə Fövqəladə Vəziyyətlər üzrə Milli İdarənin və Sənaye Təhlükəsizliyi Mərkəzinin əməkdaşları cəlb edilib. /

Google+ WhatsApp ok.ru