İndoneziyada 6,2 bal gücündə zəlzələ olub

İndoneziyada 6,2 bal gücündə zəlzələ olub

İndoneziyanın şərqində 6,2 bal gücündə zəlzələ baş verib, sunami xəbərdarlığı elan edilməyib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Geoloji Xidmətinin məlumatında bildirilir.  
 
Yeraltı təkanlar yerli vaxtla 22.30-da (Bakı vaxtı ilə 02.30-da) Sumbava adası sahilində, Bima şəhərindən 68 km cənubda, 72 km dərinlikdə qeydə alınıb.   
 
Xəsarət alanlar və dağıntılar barədə hələlik məlumat yoxdur. /

Google+ WhatsApp ok.ru