Hindistanda cinayətkarlarla atışmada 8 polis öldürüldü

Hindistanda cinayətkarlarla atışmada 8 polis öldürüldü

Hindistanın şimalında Uttar Pradeş ştatında cinayətkarlarla hüquq mühafizə orqanlarının əməkdaşları arasında atışma baş verib.
 
Bu barədə “The Times of India” məlumat yayıb
 
Qeyd olunub ki, silahlı insident Kanpur əyalətində yerləşən bir kənddə qeydə alınıb.
 
Belə ki, 40 hüquq-mühafizə orqanının əməkdaşı barəsində 60 cinayət işi açılan quldurların rəhbərini həbs etmək üçün kəndə gedib.
 
Lakin dəstənin üzvləri polislərə atəş açıblar. Nəticədə azı 8 polis əməkdaşı öldürülüb, 12-si yaralanıb.
 
Baş verən hadisə ilə bağlı əlavə məlumat verilməyib. Report
 

Google+ WhatsApp ok.ru