Hindistanda daşqın zonasında 5 milyondan çox insan qalıb 17 İyul 2019 09:05 Dünya Hindistanın şimal-şərqində yerləşən Assam ştatında 5 milyon insan güclü daşqın zonasında qalıb. “Report” NDTV telekanalına istinadən xəbər verir ki, daşqınlar artıq bir həftədir davam edən və sinoptiklərin proqnozlarına görə, hələ daha iki gün davam edəcək güclü musson yağışları nəticəsində əmələ gəlib. Son məlumatlara görə, təbii fəlakət nəticəsində 11 nəfər həyatını itirib. 17 min insan hazırda qaçqınlar üçün nəzərdə tutulmuş müvəqqəti düşərgələrə yerləşdirilib. Daşqınlar ştatın 33 dairəsindən 22-ni əhatə edib. Üç min kənd və 87 min hektar kənd təsərrüfatı sahəsi su altında qalıb. Təbii fəlakət həmçinin körpü və yollara ziyan vurub. Su birbuynuzlu kərkədanların yaşadığı məşhur Kaziranqa qoruğunu qismən batırıb. Teqlər : #Hindistanda,#daşqın,#zonasında,#milyondan,#çox,#insan,#qalıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Post-İslam dövrünün muzeyi - FOTO Mazandaranda 4,2 bal gücündə zəlzələ baş verib
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO