Hindistanda havanın istiliyi tarixi rekordu təzələdi

Dünən Hindistanın Racastan ştatının Pxalodi şəhərində tarix boyunca müşahidə edilmiş rekord səviyyədə istilik qeydə alınıb.
 
Virtualaz.org “Hindustan Times”a istinadən xəbər verir ki, havanın istiliyi kölgədə 51 dərəcəyə yüksəlib.
 
Qeyd olunur ki, meteoroloji müşahidələr tarixində bu, Hindistanda görülmüş rekord səviyyədir. Əvvəlki rekord elə həmin Racastan ştatının Alvar şəhərində 1956-cı ildə qeydə alınmışdı – 50,6 dərəcə.

Google+ WhatsApp ok.ru