Hindistanda məktəbdə partlayış olub

Hindistanda məktəbdə partlayış olub

Hindistanın mərkəzi hissəsində məktəblərin birində partlayış olub.
 
Trend-in məlumatına görə, ammiak balonunun partlaması nəticəsində 15 məktəbli xəsarət alıb.
 
Məlumata görə, partlayış soyuducu anbarda sızma nəticəsində baş verib.
 
10-larla şagirdin qazdan huşunu itirdiyi deyilir.
 
Məktəbin yaxınlığındakı binaların sakinləri də təxliyə edilib. Hazırda vəziyyətin nəzarətdə olduğu bildirilir.

Google+ WhatsApp ok.ru