Lionda psixi xəstə hərbçi qadına hücum edib

Lionda psixi xəstə hərbçi qadına hücum edib

 Fransanın Lion şəhərində psixi xəstə hərbçi qadına hücum edib.
 
Bu barədə RİA “Novosti” verir.
 
“Parisien” qəzeti zərərçəkənlərin olmadığını bildirib.  
 
Hadisə yerli vaxtla saat 22:00-da baş verib. 50 yaşlı kişi qadına cumaraq, onu boğmağa cəhd edib.
 
"Polis hadisə yerinə gələrək, şübhəli şəxsi saxlayıb və onun cibində həkim resepti aşkarlayıb. Şübhəlinin buna oxşar xeyli sayda əməli olsa da, indiyə kimi polislər tərəfindən tanınmayıb.”, - qəzet yazır.

Google+ WhatsApp ok.ru