Hindistandan müsəlmanlar əleyhinə növbəti addım

Hindistandan müsəlmanlar əleyhinə növbəti addım

Hindistanda mübahisəli bir qərar qəbul olunub.

Ali Məhkəmə, 16-cı əsrdən qalma Babri məscidinin Hindistan məbədinə çevrilməsinə qərar verib.

Hindistanın Baş naziri Narendra Modi də Hindu məbədinin təməlqoyma mərasimində iştirak edəcək.

Koronavirus tədbirləri səbəbiylə məhdud sayda insanın iştirak edəcəyi mərasim televiziya vasitəsi ilə canlı yayımlanacaq.

Xatırladaq ki, 1992-ci ildə radikal hindular tərəfindən məscidin sökülməsi ilə çıxan iğtişaşlarda iki minə yaxın insan ölmüşdü. Bundan sonra Hindistandakı müsəlmanlar həmin ərazidə yeni bir məscid, radikal hindular isə tanrı hesab etdikləri Kral Ramanın burada anadan olduğunu iddia edərək məbəd inşa edilməsini istəyiblər. /eastnews.org/

Google+ WhatsApp ok.ru