Kərbəla şəhəri tamamilə karantinə alınıb

Kərbəla şəhəri tamamilə karantinə alınıb

 Müqəddəs Kərbəla şəhərinin qubernatoru Nassif Xattab, koronavirusun yayılmasının qarşısının alınması üçün görülən profilaktik tədbirlər çərçivəsində bu gecə vilayətdə tam karantin olduğunu elan edib.
 
Maide.Az İQNA-a istinadla xəbər verir ki, N.Xəttab açıqlamasında bildirib ki, Kərbəla vilayətindəki bütün nəzarət məntəqələri tamamilə bağlanacaq.
 
Ali Milli Səhiyyə Komissiyasının qərarına əsasən, bu ayın 30-dan avqustun 9-dək əyalətdə nəqliyyatın hərəkəti tamamilə qadağan ediləcək.
 
O, həmçinin qeyd edib ki, şəhərin qapıları Ərəfə və Qurban Bayramı günlərində zəvvarlar üçün bağlanıb.   
 
Hər il İraqın daxilindən və xaricindən minlərlə insan Kərbəlada Ərəfə günü İmam Hüseyni ziyarət edirdi. 

Google+ WhatsApp ok.ru