Hindistanda qar uçqununda 19 nəfər ölüb

Hindistanda qar uçqununda 19 nəfər ölüb

Hindistanın Cammu və Kəşmir əyalətində qar uçqunu nəticəsində 19 nəfər ölüb.
 
Maide.Az APA-ya istinadən xəbər verir ki, ölənlərdən 15-i əsgər və sərhəd xəttinin nəzarətçiləridir.
 
Digər 4 nəfər isə qarın dağın ətəyindəki evlərini basması nəticəsində ölüb. Onlardan ikisi uşaqdır.
 
Ərazidə bir neçə kənd işıqsız və istiliksiz qalıb. Qar uçqunu nəticəsində ölənlərin sayının artacağı istisna olunmur. /

Google+ WhatsApp ok.ru