Səudiyyə rejim qüvvələri şiələrin məskunlaşdığı kəndə hücum edib, su və işığı kəsdi

Səudiyyə rejim qüvvələri şiələrin məskunlaşdığı kəndə hücum edib, su və işığı kəsdi

Səudiyyə Ərəbistanın hərbi qüvvələri Əvamiyyə bölgəsində şiələrin məskunlaşdığı və tarixi abidələri ilə məşhur olan Mousavarah kəndinə hücum edib. 
 
Maide.Az xəbər verir ki, təhlükəsizlik qüvvələri əsasən şiələrin məskunlaşdığı Mousavarah kəndindin 400 nəfərlik əhalisinin elektrik enerjisi və suyunu kəsib. 
 
Bildirilir ki, Səudiyyə rejim rəsmiləri bölgədə yenidənqurma işləri aparmaq bəhanəsi ilə bu kəndin evləri sökmək istəyir. 
 
Avropa-Səudiyyə İnsan Hüquqları Qeyri Hökumət Təşkilatı Səudiyyə rejim qüvvələrinin bu kəndə hücumunu pisləyib və bu hücumu “qanunsuz” adlandırıb. 
 
QHT həmçinin Riyad hökumətindən istəyib ki, şiələrə qarşı təzyiqləri dayandırsın və insanları kənddəki evlərini zorla boşaltmağa məcbur etməsin.

Google+ WhatsApp ok.ru