Hindistanda Səudiyyə Ərəbistanına qarşı etiraz mitinqləri keçirilib

Hindistan müsəlmanları Səudiyyə Ərəbistanının Ayətullah Şeyx Nəmr haqqında çıxardığı edam cəzasına etiraz olaraq etiraz mitinqi keçiriblər.
Maide.az-ın  məlumatına görə, etiraz mitinqləri cümə günü Dehli, Heydərabad, Bombey və Lakhnau şəhərlərində keçirilib.
Dehli müsəlmanları cümə namazından sonra, Şeyx Nəmrə verilmiş edam cəzasını pisləyərək onun ləğvini tələb ediblər. Nümayişçilər "Səuda ölüm" şuarları ilə Səudiyyə zülmünə, bu ölkədə şiələrin öldürülməsinə son qoyulmasını tələb ediblər. Nümayişdə çıxış edənlərin arasında məscin İmamı və Hindistan ruhanilərindən iki nümayəndə iştirak edib, onlarda Səud rejimini pisləyərək onları Şeyxi tezliklə azad etməyə çağırıblar.
Hindistanın şiə alimləri BMT-yə müraciət ünvanlayıblar, Səudiyyə hakimiyyətinin əməllərini qınayaraq, Şeyx Nəmrə verilən edam cəzasının ləğv olunmasını tələb ediblər. Alimlər həmçin bildiriblər ki, əgər qərar ləğv olunmazsa və Şeyx azadlığa buraxılmazsa, onlar etiraz nümayişlərini Səudiyyə səfirliyinin qarşısında keçirəcəklər. //

 

Google+ WhatsApp ok.ru