ABŞ-da məktəbə yenə silahlı hücum olub

ABŞ-ın Vaşinqton ştatının Seattle şəhəri yaxınlığında Marysville Pilchuck Liseyində silahlı hücum baş verib. Təcavüzkar ölü olaraq ələ keçirilib.
 
Maide.az xəbər verir ki, Marysville polisi Seattle şəhərinin şimalında olan Marysville-Pilchuck Liseyində bir şagirdin açdığı atəş nəticəsində yaralılar olduğunu deyib.
 
Polis təcavüzkarın şagird olduğunu və cinayəti təkbaşına reallaşdırdığını deyərək, yaralı sayına və yaralıların vəziyyətlərinə dair ətraflı məlumat verməyib.
 
Qeyd edək ki, ABŞ-da orta məktəblərə cilahlı hücumun edilməsi artıq adi hal alıb və il ərzində belə hadisələr bir neçə dəfə təkrarlanır.

Google+ WhatsApp ok.ru