Hindistanda torpaq sürüşmələrində ölənlərin sayı 50-ni ötüb

Hindistanda torpaq sürüşmələrində ölənlərin sayı 50-ni ötüb

Ötən sutka Hİndistanın Kerala ştatında musson yağışı səbəbindən yenidən torpaq sürüşməsi baş verib.
 
“Report” “The Hindu”ya istinadən xəbər verir ki, son sürüşmədə azı iki nəfər ölüb, 12 nəfər itkin düşüb, təxminən 100 nəfər ev-eşiksiz qalıb.
 
Qeyd olunub ki, sürüşmələrin qurbanları əsasən çay tarlalarının işçiləri olub.
 
Qeyd edək ki, avqustun əvvəlindən Hindistanın cənubundakı Kerala ştatında baş verən torpaq sürüşmələri nəticəsində 58 nəfər ölüb.
 
 

Google+ WhatsApp ok.ru