Hindistanda xilasedicilər aşmış körpüdə itkin düşən 42 nəfərdən 13-nün meyitini tapıb 05 Avqust 2016 01:00 Dünya Su itkin düşənləri yüz kilometrlərlə uzağa apardığından onlar tapılmır Hindistan xilasediciləri ölkənin qərbindəki Maxaraştra ştatında aşmış körpüdə itkin düşmüş 42 nəfərdən 13-nün meyitini tapıb. "Report" "TASS" agentliyinə istinadən xəbər verir ki, bu barədə Maxaraştra ştatının baş naziri Devendra Fadnavis məlumat verib. O, bildirib ki, su itkin düşənləri yüz kilometrlərlə uzağa aparıb. Bu səbəbdən də onlar tapılmır. Baş nazir bütün bunlara baxmayaraq axtarışlarıln davam etdiriləcəyini bildirib. Qeyd edək ki, Hindistanda körpünün aşması nəticəsində 42 nəfər itkin düşüb. Məlumata görə, hadisə Maxaraştra ştatında baş verib. Hadisəyə səbəb leysan yağışları nəticəsində Savitri çayında suyun səviyyəsinin xeyli artması və su axınlarının körpünü dağıtması olub. Dəqiqləşdirilmiş məlumatlara görə, hadisə zamanı körpüdə iki sərnişin avtobusu və bir neçə minik avtomobili olub. / Teqlər : #Hindistanda xilasedicilər aşmış körpüdə itkin düşən 42 nəfərdən 13nün meyitini tapıb , Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Türkmənistan Qazaxıstanla sərhədi bağlayıb İranın neft tankeri ilə İsveçrənin konteyner daşıyan gəmisi toqquşub - FOTO
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO