Hindistan hökumətinə müsəlmanlara görə yenə çağırış edildi

Hindistan hökumətinə müsəlmanlara görə yenə çağırış edildi

Dünya Müsəlman Alimlər Birliyi Hindistan hökumətinə çağırış edən bəyanat yayıb.

Bəyanatda vurğulanır ki, yeni vətəndaşlıq qanunu ləğv edilməli və qüvvəyə minməməlidir. 

 "Bu vətəndaşlıq qanunu Hindistanda yaşayan müsəlmanların əleyhinədir. Biz müsəlmanların hüquqlarının qorunmasını tələb edirik. Bu istiqamətdə Hindistan hökuməti siyasi iradə nümayiş etdirməlidir", - deyə bəyanatda diqqətə çatdırılıb.   

Qeyd edək ki, bundan əvvəl Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Pakistan Baş Naziri İmran Xan  və bir sıra beynəlxalq təşkilatlar da Hindistan hökumətinə müsəlmanlara qarşı təzyiqlərin dayandırılması üçün müraciət etmişdilər.  /eastnews.org/ 

Google+ WhatsApp ok.ru