Hindistan Şimali Koreya ilə ticarət əlaqələrini kəsdi

Hindistan Şimali Koreya ilə ticarət əlaqələrini kəsdi

Şimali Koreyanın 3-cü ən böyük ticarət partnyoru Hindistan bu ölkə ilə əlaqələrə son verdiyini açıqladı. Hindistanın bu qərarı qəbul etməsində ABŞ və Şimali Koreya arasında artan gərginlik və ABŞ-ın Pxenyanı sıxışdırmaq üçün qlobal hərəkətə çağırış etməsi səbəb olub. Lakin bir sıra müqavilələr sonlandırılsa da, bu qərar tibbi ləvazimat və ərzaq mallarına şamil edilmir.
 
Hökumətin verdiyi qərar aprel ayından qüvvəyə minib.
 
BMT Təhlükəsizlik Şurası uzun illərdir ki, Şimali Koreyaya son dərəcə sərt sanksiyaların tətbiq edilməsinə çalışırdı. Əksər qərb ölkələrinin Şimali Koreya ilə əlaqəsi yoxdur. Hindistan Çin və Səudiyyə Ərəbistanından sonra bu ölkə ilə ticarət əlaqələrinin olduğu 3-cü ən böyük ölkə idi.
 
Hindistan hökumətinin verdiyi məlumata görə, 2015-2016-cı illər ərzində 111 milyon dollar məbləğində Şimali Koreyaya mal ixrac edilib, 88 milyon dollar məbləğində isə mal idxal edilib.
 
İlk dəfədir ki, Hindistan BMT-nin sanksiyalarına tam olaraq qoşulub. 2015-ci ildə insan hüquqlarını pozduğuna görə BMT-nin Şimali Koreyaya qarşı qərarın qəbul edilməsi zamanı Hindistan səsvermədən çəkilmişdi. Həmin il Şimali Koreya xarici işlər naziri Hindistana rəsmi səfər etmişdi.
 
Diplomatik əlaqələrdən əlavə, Şimali Koreya vətəndaşlarına istər hərbi, istərsə də elmi və texniki məqsədlər üçün təlimlər keçməyə görə Hindistana səfər etmələrinə yeni qadağa ilə dayandırılıb.
Bundan başqa, hökumət bəyan edib ki, Şimali Koreyanın Hindistanda yerləşən bütün fondları və hesabları dondurulacaq.
 
Şimali Koreya xarici valyuta resursunu hər il Çinə satdığı milyon tonlarla qara kömür sayəsində əldə edir. 2015-ci ildəki statiskaya görə, qara kömür ixrac edilən malların 1/3 hissəsini təşkil edir. /

Google+ WhatsApp ok.ru