İsveçdə 1 may mitinqində hicablı müsəlman qadınlarına dəstək

İsveçdə 1 may mitinqində hicablı müsəlman qadınlarına dəstək

Ötən gün İsveçdə "1 may - Ümumdünya Zəhmətkeşlər Günü" münasibəti ilə təşkil edilən yürüşlər zamanı yürüş iştirakçıları müsəlman qadınların hüquqlarını dəstəkləyib və onların iş yerlərində hicab bağlamasına qoyulan qadağaların aradan qaldırılmasını tələb edib. 
 
Maide.Az xəbər verir ki, İsveçin müxtəlif şəhərlərində 1 may yürüşləri təşkil olunub. Yürüş iştirakçıları əllərində üzərində müsəlman qadınların iş yerlərində hicab taxmasına qoyulan qadağanı pisləyən plakatlar götürüb. Yürüş iştirakçıları həmçinin “İrçilik pislənilsin”,  “Hicab, sizə aid deyil”, “İşləmək bizim hüququmuzdur” şüarlar səsləndirib. 
 
Stokholm şəhərində keçirilən yürüş iştirakçıları həmçinin Avropa Birliyinin sahibkarlara iş yerlərində müsəlman qadınların hicabını qadağan etməsini pisləyib. /
 
 

Google+ WhatsApp ok.ru