Hindistanla Pakistan arasında silahlı qarşıdurma 9 nəfərin həyatına son qoyub

Ölkələr arasındakı mübahisəli Kəşmir əyalətində ayırıcı sərhəd xəttində daha bir qanlı silahlı insident yaşanıb

Hindistanla Pakistan arasındakı mübahisəli Kəşmir əyalətində baş silahlı insident nəticəsində 9 mülki şəxs həlak olub, 25 nəfər yaralanıb.
 
İnterAz Reuters-ə istinadla xəbər verir ki, bu gün baş verən atışma ötən ay rəsmi Dehlinin danışıqları dayandırmasından sonra qeydə alınan ən qanlı hadisə olub.
 
Hindistan sərhəd mühafizə xidməti bildirib ki, Pakistan silahlı qüvvələrinin Arniya kəndini atəşə tutması nəticəsində 5 nəfər həlak olub, onlarla sakin yaralanıb. Pakistan hökumətinin açıqlamasında isə bunun Hindistan ordusuna cavab atəşi olduğu vurğulanıb. Belə ki, ondan əvvəl Hindistan silahlıları iki uşaq, bir qadın olmaqla 4 mülki pakistanlını güllələyib.
 
Bildirək ki, hər iki ölkə 1947-ci ildə müstəqillik qazanandan sonra Kəşmir regionuna iddia ediblər. Bu mübahisə iki qonşu ölkə arasında 3 müharibəyə səbəb olub.
 
2001-ci ildə başlanan danışıq və mülayimləşmə prosesi zaman-zaman silahlı insidentlərlə müşayiət olunub. /


 

Google+ WhatsApp ok.ru