Hindistanlı üç yaşlı qız Quran qarisi oldu – FOTO

3 yaşlı Saba Bequm Hindistanın Heydərabad şəhərində Camiətul Muminat mədrəsəsinin Fatimətul Bənətin filialında təhsil alaraq  artıq Quranı təcvid qiraət qaydaları ilə tilavət etməyi öyrənib. 
 
Maide.AZ  xəbər verir ki, mədrəsәnin direktoru xanım Ənəs Fatimə açıqlama verərək, kiçik yaşda olan tələbələrinin Quranın təcvid qiraət qaydalarını  tam mənimsədiyini və təcvidlə bağlı istənilən suala cavab verə biləcəyini açıqlayıb. 
 
Balaca Saba hər il keçirilən Quran yarışmasında da iştirak edib və təcvid üzrə  ona edilən bütün sualları cavablandırıb ən yüksək nəticəni əldə edib. 
 
 
 

Google+ WhatsApp ok.ru