Miyanmar müsəlmanlarının düşərgəsində yanğın, yüzlərlə müsəlmanın sığınacağı kül oldu

Myanmarın qərbində 2 min Rohingya müsəlmanının sığındığı düşərgədə bu gün güclü yanğın baş verib. 
 
Maide.Az xəbər verir ki, yanğın nətciəsində yüzlərlə müsəlman qaçqın  sığınacağını itirib və didərgin düşüb. 
 
Myanmar  hökumət rəsmiləri  Sitvə şəhərinin yaxınlığında Badupa düşərgəsində baş verən  yanğına səbəb kimi  qaz peçindən sıçrayan alov  və külək olduğunu  bildirib.
 
BMT-nin insan haqları üzrə koordinatoru  bəyanat yayaraq  deyib ki, ilkin məlumata görə, 14 nəfər  yanğında yaralanıb. “440 ailənin yanğın nəticəsində  evsiz qaldığı bildirilir. Hələlik dəqiq rəqəm açıqlanmayıb”. 
 
Qeyd edək ki, Myanmarda müsəlmanlar  illərdir ki, zülm, zorakılıq, işkəncələrə məruz qalır. Qeyri rəsmi statistikaya əsasən ifratçı buddistlərin hücumları nəticəsində minlərlə müsəlman öldürülüb və evlərindən didərgindüşüb. 
 
BMT İnsan Hüquqları Şurası bu yaxınlarda Təşkilata üzv ölkələrdə insan hüquqlarının vəziyyətinin araşdırılmasına həsr olunan Ümumdünya dövrü baxış zamanı Myanmarda müsəlmanlara vətəndaşlıq statusunun verilməsinə çağırmışdı.
 
Myanmar höküməti bu baxışın tövsiyyələrinin yarıdan çoxunu, xüsusilə də Rohingya müsəlmanlarının vətəndaşlıq və siyasi hüquqlarına dair bəndləri qəbul etməmişdi.
 
Myanmar rəsmiləri 1.300.000 min nəfərdən artıq olan Rohingya müsəlman cəmiyyətinin əhəmiyyətli bir hissəsini Benqal və qonşu Banqladeşdən gələn qeyri-qanuni miqrantlar hesab edir.
Məlumat üçün bildirək ki, Myanmar hökuməti 1982-ci ildə Arakan müsəlmanlarının vətəndaşlıqlarını əlllərindən alıb və hazırda onlar dövlətsiz hesab edilir. Myanmarda müsəlmanlar təhqir edilir, döyülür və öldürülürlər. Canını qurtarmaq istəyən müsəlmanlar qonşu ölkələrə qaçırlar. /
 
 
 
 

Google+ WhatsApp ok.ru