Hindistan müsəlmanları tәhsil alan imkansız uşaqlar üçün şərait yaradıblar

15 il bundan əvvəl Hindistanda adının çəkilməsini istəməyən müsəlmanın birinin həyat yoldaşı məktəbi imkansızlıq üzündən tərk edən azyaşlı qız uşağını evə gətirib.
Deyerler.org-un Rusiya KİV-lərinə istinadən verdiyi xəbərə görə, həmin müsəlman bu uşağın təhsil haqqını öz üzərinə götürüb. Çünki həmin uşaq oxumağı və həyatda uğur əldə etməyi çox istəyirdi.
Bu hadisədən sonra həmin müsəlman şəxsin ailəsi küçədə yaşayan uşaqların məktəbə gedib-getməmələrini maraqlanmağa başladılar. Bir neçə il ərzində bu müsəlman 200-dən çox yoxsul uşağın təhsil haqqını qarşılayıb.
 
"Biz hal-hazırda da oxumağa imkanı olmayan yoxsul uşaqları tapıb onların təhsil haqqını qarşılayırıq. Məni ən çox sevindirən odur ki, bu yoxsul uşaqlar böyüyüb təhsil aldıqdan sonra, başqa yoxsul uşaqlara təhsil almağa yardım edəcəklər", - deyə adının açıqlanmasını istəməyən müsəlman bildirib. /
 

 

Google+ WhatsApp ok.ru