`İŞİD; Şeytan qoşunu` kitabı rus və tatar dilində çap edildi

Rusiya federasiyasının Tatarıstan cümhuriyyəti müsəlmanlarının dini işlər idarəsi bu yaxınlarda "İŞİD; Şeytan qoşunu" kitabını rus və tatar dillərində nəşr edib.
 
Iranın Moskvadakı Mədəniyyət İşləri İdarəsinin informasiya şöbəsinin bildirdiyinə görə, kitabın çapı və nəşrinin əsas hədəfi İslam ümməti və müsəlmanları terrorçuların istifadə etdikləri təbliğat vasitələri və təbliğat növləri ilə tanış etməkdir.
 
Kitabda deyilir ki, şər və xəbislik özünü İslama nisbət versə belə doğru sayılmır və hər növ şər işin İslam və müsəlman əqidəsi ilə uyğunluğu yoxdur. Buna görə də şər işlərə kömək olmaq yerinə şərrin qarşısında birləşərək müsəlmanların və insanların vəhdətini qorumaq lazımdır.
 
Həmçinin kitabda qeyd edilir ki, İŞİD-in ilk dəfə İmam Əli (ə) zamanında ortaya çıxan azğın Xəvariclərin törəməsidir.
 
Tatarıstan cümhuriyyətinin baş müftisi Kamil Səmilin kitabın yazılmasının məqsədi barədə deyir: Biz qərara aldıq ki, İŞİD-in şər və qara mahiyyəti barədə kitab yazaq, insanları məlumatlandıraq və çalışdıq ki, həqiqətləri olduğu kimi insanlara izah edək. İŞİD-in zorakılığı, dağıdıcılığı və qətliamlarının İslamla heç bir əlaqəsi olmadığını vurğuladıq. Terroristlərin "şəriət əsgəri" olmadığını, bəlkə İslamla heç bir tanışlığı olmayan azğınlaq olduqlarını aşkar şəkildə bəyan etdik.
 
Müfti dedi: Şeyx Nəim ibn Həmmadın "əl-fitən" əsərində İmam Əlidən (ə) nəql olunan rəvayətdə İŞİD-in axir-zamanda zühuru "ŞEYTAN QOŞUNU" adı ilə bəyan edilibdir. Hədisdə onlar qarabayraqlı, qaraqəlbli, əhdə vəfa etməyən, dediklərinə əməl etməyənlər, hakimiyyət iddiasında olanlar, bir-birlərini ləqəblə səsləyənlər, saçları qadınlar kimi uzun olar, öz aralarında təfriqə olar və s... sifətlər ilə tanıdılıb. iqna /
 

Google+ WhatsApp ok.ru