Hizbullah: İslam dünyası Məscidi Əqsanı xilası üçün addım atmalıdır

Maide.az-ın məlumatına görə, Hizbullah təşkilatı Məscidi Əqsa barədə bəyanat yayıb. Bəyanatda belə deyilir: "İsrail rejiminin Məscidi Əqsadakı işğal hərəkətləri hər gün davam etməkdədir. Sionistlər ərəb ölkələri və beynəlxalq təşkilatların səssizliyindən sui-istifadə edərək Məscidi Əqsanı işğal üçün planlar həyata keçirməkdədir. İsrailin bu müqəddəs məkana hər gün təcavüz etdiyini görməkdəyik. İşğalçı sionist əsgərləri Fələstin vətəndaşlarına hər cür xəyanəti edərək onların gözləri qarşısında Məscidi Əqsanın qapılarını qırmaqda və oranı dağıtmaq üçün çalışmaqdalar. Bu hücumlarda onlarla Fələstinli gənc işğalçılara qarşı Məscidi Əqsanı qoruyarkən şəhid edilmişdir.
 
Hizbullah olaraq sionist rejimin etdiyi bu hədsiz-hesabsız vəhşi hücumları qınayırıq. Ərəb ölkələrinə də bunu deyirik: Artıq öz tarix-mənəvi mirasınızı qorumaq üçün bir daha birlikdə hərəkət etməyin vaxtı gəlmədimi?! Görəsən xalqlarınızı faydasız nümayişlərlə məşğul edərək, gücünüzü zəiflətmək yerinə bütövlükdə bu qəsbkar rejimə qarşı müsəlmanlar və xristianların ortaq dəyəri olan Məscidi Əqsanı müdafiə etməyin zamanı gəlmədimi?!"

Google+ WhatsApp ok.ru