Hizbullahdan işğalçı İsrail rejiminə xəbərdarlıq

Hizbullahdan işğalçı İsrail rejiminə xəbərdarlıq

Hizbullah işğalçı İsrail rejiminə  işğal olunmuş ərazilərdə yol tikintisi ilə bağlı xəbərdarlıq edib.  

Maide.Az xəbər verir ki,  işğalçı İsrail rejii Livanın cənubunda  Şəba əkin sahələrində 2 kilometr uzunluğunda yol tikir. İşğalçı rejim bu bölgəni 1967-ci ildə işğal edib. Hizbullah cümə axşamı günü yolun tikintisinin dayandırılması tələbi ilə  bəyanat yayaraq bildirib ki,bu bir cinayətdir və  Livan düşmənlərinin uzun-uzadı cinayətlər siyahısına əlavə olunmalıdır.

 “Bu hərəkət Sionistlərin Livan sərvəti və torpaqlarını əldə etmək üçün tükənməyən tamahlarını göstərir”

Hizbullah Livan hökumətindən istəyib ki, Livan ərazi bütövlüyünü qorumaqda üzərinə düşən öhdəliyini yerinə yetirsin və bu hərəkətə qarşı lazimi işlər görsün.  

Sionist İsrail rejimi 2000 və 2006-cı illərdə iki dəfə Livana geniş miqyaslı hücum edib.  2006-cı ildə baş verən 33 günlük müharibədə  əksəriyyəti dinc sakinlər olan 1200 Livanlı həlak olub. Müqavimət Qüvvələri bu müharibədə işğalçı rejimi geri çəkilməyə məcbur etdilər və Sionist rejim utancverici məğlubiyyətlə geri çəkildi.  

Google+ WhatsApp ok.ru