Hizbullahdan Səudiyyə Ərəbistanına sərt etiraz

Livan Hizbullah Hərəkatı Səudiyyə Ərəbistanının BMT təmsilçisinin ötən gün söylədiyi sözünə cavab verib.
 
Maide.az xəbər verir ki, Livan Hizbullah Hərəkatı Səudiyyə Ərəbistanının Hizbullaha qarşı göstərdiyi mövqe və bu qrupun terror təşkilatı siyahısına alınması lazım olduğuna dair təklifini sionist İsrailə yarınma və özünü şirin göstərmə istiqamətində bir cəhd kimi qiymətləndiriblər.
 
Hərəkatdan "Əl Məyadin" telekanalına verilən açıqlamada "Səudiyyə Ərəbistanının bu hərəkəti eyni zamanda Səudiyyə rəsmilərinin Suriyayla bağlı ssenarilərinin müvəffəqiyyətsizliyə uğraması səbəbindən ümidlərini itirdiklərinin bir göstəricisidir" deyə bildirilir.
 
Qeyd edək ki, Səudiyyə Ərəbistanının BMT nümayəndəsi Abdulla Əl-Muallemi BMT Təhlükəsizlik Şurasının iclasında etdiyi çıxışında Livan Hizbullah Hərəkatının terror təşkilatı siyahısına salınmasını tələb edib.

Google+ WhatsApp ok.ru