Hizbullahın Qələmundakı əməliyyatının birinci mərhələsi uğurla başa çatıb

Livan Hizbullahı və Suriya ordusunun Suriya-Livan sərhəd məntəqəsində yerləşən Qələmunda terrorçulara qarşı birgə əməliyyatının birinci mərhələsi başa çatıb və məntəqədəki bir çox mühüm yüksəkliklər Hizbullahın nəzarəti altına keçib.
 
Maide.az xəbər verir ki, Livan mənbələri böyük əməliyyatın davam etdiyini bildirirlər. 
 
Qələmun məntəqəsi Livanın Suriya ilə sərhəd məntəqəsində yerləşən strateji əhəmiyyətli məntəqədir və Dəməşq, Hums və Livanı bir-birinə birləşdirən əhəmiyyətli məntəqə sayılır. Bu məntəqənin itirilməsi terrorçular üçün Livan sərhədlərinə çıxışın birdəfəlik və Dəməşq ətrafındakı bazalarının itirilməsi mənasındadır. 
 
Livanın Ənnəşrə informasiya portalının verdiyi məlumata görə, Hizbullah və Suriya ordusunun ötən həftə ələ keçirdikləri məntəqələrdə mövqelərin möhkəmləndirilməsi işləri davam edir və əməliyyatın ikinci mərhələsinə hazırlıq işləri aparılır.

Google+ WhatsApp ok.ru