Hizbullah təkfirçilərə qarşı səfərbərlik elan edəcək

 “Təkfirçilərlə mübarizə həyati və talüyyüklü məsələdir və tezliklə onlara qarşı ümumi səfərbərlik elan edəcəyik.” İnterAz-ın İRNA–ya istinadla verdiyi xəbərə görə, bunu Hizbullah lideri Həsən Nəsrullah təşkilatın hərbçilərini qəbul edərkən deyib.
 
Hizbullah lideri hazırda islam dünyasının və müsəlmanların təkfirçi qüvvələrdən ağır zərbələr aldığını və ona görə də bu zümrə ilə aparılan mübarizənin həyati və talüyyüklü olduğunu bildirib. 
 
“Bizim mübarizə hərəkatımız sözün əsl mənasında böyük və talüyyüklü döyüşə girib. Bu, hətta təkfirçilərlə aparılan din və kimlik mübarizəsidir. Bizm onlarla heç bir ortaq dinimiz belə yoxdur” deyə Hizbullah lideri tezliklə təkfirçilərə qarşı səfərbərliyin elan ediləcəyini bəyan edib.

Google+ WhatsApp ok.ru