Amerikada İranla bağlı qalmaqal böyüyür

Maide.az-ın məlumatına görə, Respublikaçı senatorlar ABŞ-ın Müdafiə Nazirliyi, Pentaqona təzyiq göstərərək, İranın hərbi potensialları barədə gecikmiş hesabatını yayımlamasını tələb edirlər. 
 
Respublikaçı senatorlar Pentaqondan istəyiblər ki, 30 iyuna kimi öz hesabatını yayımlasın və ya hesabatın yayımlanmasında yaranan təxirə aydınlıq gətirsin. 
 
Bu hesabat ötən yanvar ayının sonuna kimi yayımlanmalı idi. 
 
Amerikalı qanunvericilər Pentaqonun hesabatı və onun yayımlanacağı zaman barədə məlumata malik olmadıqlarını bildirirlər. 
 
Bu mövzu ilə bağlı qalmaqal İran və 5+1 qrupunun təyin olunmuş möhlətin başa çatmasından öncə yəni 30 iyun tarixinə kimi nüvə müzakirələrində yekun anlaşmaya nail olmağa səy göstərdikləri bir vaxtda baş qaldırıb. 
 
ABŞ Senatı cari may ayının əvvəllərində səs çoxluğu ilə qanun layihəsi qəbul edərək, Nümayəndələr Məclisinə İran ilə yekun nüvə anlaşmasını araşdırmaq icazəsi vermiş oldu.

Google+ WhatsApp ok.ru