Hizbullah və Suriya ordusu birgə genişmiqyaslı hərbi əməliyyata başlayıb 21 İyul 2017 01:00 Dünya Ərsal və Əlqələmun bölgələrini terrorçuların işğalından təmizləmək məqsədilə Hizbullah Ərsal və Əlqələmun bölgələrini terrorçuların işğalından təmizləmək məqsədilə genişmiqyaslı hərbi əməliyyata başlayıb. Maide.Az Əl-məyadin televiziyasına istinadən xəbər verir ki, Livan Hİzbullah Təşkilatı Ərsal və Əlqələmun bölgəsində əməliyyatların başlamasını rəsmi şəkildə elan edib. Reuters agentliyi də məlumat verib ki, Suriya prezidenti Bəşşar Əsədin tərəfdarlarından hərbi komandir elan edib ki, Suriya ordusu və Hizbullah Livan-Suriya sərhədlərində yerləşən bölgələrdən terrorçuları qovmaq məqsədi ilə birgə hərbi əməliyyata başlayıb. Suriya ordusu terrorçuların Əlqələmun bölgəsindəki mövqelərini bombalayıb. Məlumatda bildirilir ki, Suriya ordusu və Hizbullah Ənnusrə cəbhəsinin mövqelərini Ərsal şəhəri ətrafında birgə bombalayıb. Həmçinin Hizbullah və Suriya ordusu qərbi Əlqələmun bölgəsində Fəlitə qəsəbəsinin yaxınlığında Ənnusrə cəhbəsinin mövqelərinə hücum edib. Bildirilir ki, Suriyanın Əlqələmun bölgəsi və Livanın Ərsal qəsəbəsi ətrafında hərbi əməliyyatlr iki istiqamətdən aparılır. Bir istiqamət Suriyada Fəlitə qəsəbəsi istiqamətindən qərbi Qələmunda Ənnusrə cəhbəsinin mövqeləri istiqamətinədir. Digər istiqamət isə Livanın şərqi dağlarından Ərsal qəsəbəsinin şimal-şərq istiqamətinədir. Livan Hizbullahının Müharibə Təbliğatı Qərargahı elan edib ki, bu əməliyyatlar üçün müəyyən vaxt təyin olunmayıb və proqram əsasında mərhələli şəkildə əməliyyat davam etdiriləcək. Teqlər : #Hizbullah və Suriya ordusu birgə genişmiqyaslı hərbi əməliyyata başlayıb , Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Tokioda şəhəri sellərdən mühafizə edən sistem - Möhtəşəm layihə - FOTO Türkiyədə güclü zəlzələ olub, 70-dək sakin xəsarət alıb - FOTO
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO