Türkiyədə güclü zəlzələ olub, 70-dək sakin xəsarət alıb - FOTO 21 İyul 2017 01:00 Dünya Türkiyənin Egey dənizi sahillərində 6,7 bal gücündə zəlzələ olub. Zəlzələnin episentri dənizdə, Türkiyənin Bodrum şəhərindən 10,3 km, Yunanıstanın isə Kos adasından 16,2 km aralıda yerləşib. Zəlzələ yerin səthindən 10 km dərinlikdə baş verib. Zəlzələ daha çox Muğla əyalətinin Bodrum və Dacia şəhərlərində hiss olunub. Muğla əyalətinin valisi Esengel Civelek dağıntıların ciddi olmadığını qeyd edib. Yeraltı təkanlar kiçik sunaminin baş verməsinə səbəb olub. Bodrum şəhərinin 70-dək sakini güclü zəlzələdən sonra xəstəxanalara müraciət edib. Bu barədə hadisə yerindən Türkiyənin NTV telekanalı bildirir. Məlumata görə, xəstəxanalara müraciət edənlərin əksəriyyəti zəlzələ zamanı təşviş içində evlərini tərk edən, pəncərədən atılan şəxslərdir. Onların arasında ciddi xəsarət alanların olmadığı qeyd edilir. (apa) / Teqlər : #Türkiyədə güclü zəlzələ olub,#70dək sakin xəsarət alıb FOTO, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Hizbullah və Suriya ordusu birgə genişmiqyaslı hərbi əməliyyata başlayıb İranın şimal-qərb sərhədlərində Sepah ilə terrorçular arasında atışma baş verib, ölənlər var
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO