Hollandiya əsgərlərinə yoqa dərsləri keçəcək

Hollandiya əsgərlərinə yoqa dərsləri keçəcək

Hollandiya, silahlı qüvvələr nəzdindəki personala hərbi təhsillə bərabər yoqa dərsləri də keçəcək.
 
Maide.Az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, müdafiə nazirliyi, yoqa dərsləri ilə quru, dəniz və hava qüvvələri personalının yaxşılaşmasını və zədələr ilə mübarizə aparmasını planlaşdırır
 
Nazirlikdən bildiriblər ki, əsgərlərimiz hədsiz stress altında böyük məsuliyyət tələb edən vəzifəni icra edirlər. Yoqa bu kimi ağır şərtlərlə mübarizə aparmaq üçün əhəmiyyətli vasitədsir.
 
Hollandiya Müdafiə Nazirliyinin qərarı ilə bütün hərbi hissələrdə idman müəllimlərinə yoqa dərsləri keçməyə başlanılıb.
 

Google+ WhatsApp ok.ru