Hollivud ulduzları İmam Hüseynlə bağlı filmə çəkiləcəklər

Hollivud ulduzları İmam Hüseynlə bağlı filmə çəkiləcəklər

-- Baş rollarında Morqan Friman və Mel Gibson oynayacaq

Hollivudun iki ulduz oyunçusu böyük bir layihədə rol alacaqlar.
 
Maide.Az "İslaminSesi"-ə istinadən xəbər verir ki, Kərbəla hadisəsi barədə film çəkiləcək. Baş rollarında Morqan Friman və Mel Gibson oynayacaq. Əhməd Turqutun "Eşqin Şəhidi" romanı əsasında çəkiləcək filmi Erhan Baytimir rejissorluğunu edəcək. Onlar bildiriblər ki, hazırda Mel Gibsonla danışıqlar gedir və müqavilə bağlanacaq. 
 
Bildirilib ki, Mel Gibson filmdə Hürrün obrazını canlandıracaq. İslam dinini qəbul etdiyi bildirilən Mel Gibsonun bu rolu oynamağa çox istəkli olduğu qeyd olunb. 
 
Filmin digər oyunçusu Morqan Friman isə Şəmun rolunu oynamalıdır. Filim Fəs studiyalarında çəkilməsi planlanır. 
 

Google+ WhatsApp ok.ru