Hüseyn (ə) bayrağını dalğalandırdığı üçün beş nəfər həbs olunub

Səudiyyə Ərəbistanda beş nəfər İmam Hüseyn (ə) bayrağını  dalğalandırdığı üçün həbs olunub.

Maide.az-ın xarici KİV-lərə istinadən məlumatına görə, həbs olunan beş nəfərdən biri yeniyetmə məktəblidir.
Məlumata əsasən, saxlanılan  beş nəfər məhərrəmlik əzadarlığı günlərində şəhidlər ağası İmam Hüseyn(ə)-ın bayrağını dalğalandırmışdı. Onların 2 ildən 6 ilədək həbs cəzası gözləyir. BUndan başqa
Səudiyyə-Avropa İnsan Haqları Təşkilatı bundan öncə bəyanat yayaraq bildirib ki, Səudiyyə Ərəbistan məhkəmələri ədalətli prinsiplərə sadiq deyillər və şəxslərin mühakimələri qiyabi surətdə və bəzi hallarda 20 ay həbsdən sonra həyata keçir.
Şiələr Səudiyyə Ərəbistan əhalisinin təqribən 20%-ni təşkil edir, amma onlarla bu ölkənin ikinci dərəcəli vətəndaşları kimi davranılır. Son illərdə isə şiələrə qarşı təzyiqlər artıb./

/


 

Google+ WhatsApp ok.ru