Hüseyn Dehqan Ənbarın işğalından sonra İraqa getdi

İranın müdafiə naziri  Hüseyn Dehqan İraqa səfər edib.
Maide.az xəbər verir ki, İranın müdafiə naziri Hüseyn Dehqan İraqın Ənbar vilayətinin İŞİD tərəfindən işğal edilməsindən sonra bu ölkəyə rəsmi səfərə gedib.
H.Dehqan Bağdada səfəri çərçivəsində bir sıra dövlət rəsmiləri ilə görüşlər keçirəcək, bölgədəki siyasi vəziyyəti və iki ölkə arasında hərbi əməkdaşlıq məsələsini müzakirə edəcək.
Məlumat üçün bildirək ki, İraq prezidenti Fuad Məsum 2 gün öncə Tehrana səfər etmişdi.
Qeyd edək ki, İraqın Ənbar vilayəti dünən İŞİD terrorçu qruplaşması tərəfindən ələ keçirilib./
 

Google+ WhatsApp ok.ru