Türkiyədə partlayışlar törədildi

Türkiyədə bu gün səhər partlayışlar baş verib. Partlayışlar hökumətə müxalif Halkların Demokrasi Partisinin binalarında eyni vaxtda baş verib.
 
Maide.az-ın "Milliyet"ə istinadən verdiyi məlumata görə, əvvəlcə Mersindən, 10 dəqiqə sonra isə Adanadan partlayış xəbərləri gəlib. Adanada 2 nəfərin yaralandığı bildirilir. Bu gün HDP Mersində mitinq planlaşdırmışdı.
 
Qeyd edək ki, 7 iyun parlament seçkilərində HDP-nin 10 faizlik baryeri aşıb-aşmayacağı mühüm əhəmiyyət daşıyır. HDP 10 faizdən çox səs toplayıb parlamentə düşərsə, Ədalət və İnkişaf Partiyası (AKP) ciddi zərbə almış olacaq və bu partiyanın TBMM-dəki yerlərinin sayı azalacaq. 

Google+ WhatsApp ok.ru